Bank sektorunda haqq və komissiya gəlirlərinin böyük hissəsinin bir neçə bankda cəmləşib.
Haqq və komissiya gəlirlərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2026)
Faiz xərclərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (30.05.2025/30.06.2026)
Faiz xərclərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2026)
Hüquqi şəxslərin depozitlərinin dinamikası üzrə - BANKLARIN RENKİNQİ (2025/30.06.2026)
Bu, FED.az biznes və maliyyə xəbərləri portalının tərtib etdiyi renkinqdən məlum olub.
Renkinq göstərib ki, 2026-cı ilin ilk 6 ayında Azərbaycanda bankların ümumi komissiya gəlirlərinin 84%-i cəmi 4 bankda cəmləşib.
Belə ki “Kapital Bank”, “ABB”, “PAŞA Bank” və “Unibank”ın birlikdə haqq və komissiya gəlirləri 614 milyon 330 min manat olub.
Cədvəldəki qalan 17 bankın hamısının birlikdə göstəricisi isə cəmi 113 milyon 301 min manatdır.
Başqa sözlə, ilk dörd bankın komissiya gəlirləri digər 17 bankın ümumi göstəricisindən təxminən 5,4 dəfə çoxdur. İlk dördlüyün göstəriciləri mənbə cədvəlində 313,571 mln, 154,511 mln, 88,095 mln və 58,153 mln manat göstərilib.













