İmişli Şəkər Zavodunun ərazisində yanğın olub.
FED.az “Report”a istinadən xəbər verir ki, hadisə anbarların birində qeydə alınıb.
Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub.
Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından da yanğınsöndürən avtomobillər və şəxsi heyət hadisə yerinə cəlb edilib.
Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.
TƏBİB-dən bildirilib ki, yanğınla bağlı xəstəxanaya müraciət daxil olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
FED.az xəbər verir ki, “Azərsun Holdinq”dən “Qafqazinfo”ya verilən məlumata görə, yanğın hadisəsi İmişli Şəkər Zavodunun təmir işləri icra edilən boş anbar ərazisində baş verib.
“Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri hadisəyə operativ müdaxilə edərək yanğını qısa müddətdə söndürüblər.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Zavodda saxlanılan şəkər ehtiyatlarına hər hansı zərər dəyməyib”, - məlumatda deyilir.





![İmişli Şəkər Zavodunda yanğın - [red]FOTO[/red] | FED.az](/upload/news/small/1450504.png)
![İmişli Şəkər Zavodunda yanğın - [red]FOTO[/red] | FED.az](/upload/news/small/2870177.png)







