2007-ci ildə Dövlət Neft Şirkəti - SOCAR-ın payçısı olduğu kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti SOCAR AQŞ 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.
“SOCAR Polymer”in ixrac gəlirləri – 3,5 MİLYON DOLLAR AZALIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə şirkətin gəlirləri 68 milyon 871 min manat olub. Bu, 2024-cü illə müqayisədə 17 milyon 127 min manat və ya 19,9% azdır. Şirkətin satışlarının maya dəyəri də son bir ildə 26 milyon 865 min manat (20,3%) daha az olub. Bununla da, ötən il şirkətin ümumi zərəri 36 milyon 729 min manat olmaqla, illik ifadədə 9 milyon 738 min manat, yaxud da 21% azalıb.
Hesabat dövründə şirkətin ümumi və inzibati xərcləri 15 milyon 464 min manat (4 milyon 761 min manat / 23,5% az), maliyyə və müqavilə aktivləri üzrə gözlənilən kredit zərərləri üzrə xalis xərc 14 milyon 654 min manat (7 milyon 613 min manat / 2,1 dəfə çox), digər gəlirlər 3 milyon 990 min manat (3 milyon 134 min manat / 4,7 dəfə çox) olub. Bundan başqa, əvvəlcədən ödənişlər üzrə dəyərsizləşmə ehtimalı xərcləri 1 milyon 869 min manat, əmlak və avadanlıqların dəyərsizləşməsi xərcləri 926,4 min manat xərclənib ki, 2024-cü ildə bu xərclər olmayıb.
2025-ci ildə şirkətin əməliyyat zərəri 65 milyon 652 min manat olub ki, bu da, son bir ildə 7 milyon 225 min manat (9,9%) azalma deməkdir.
Hesabat dövründə şirkətin maliyyə gəlirləri çıxılmaqla xalis maliyyə xərcləri 6 milyon 668 min manat olub. Bu, 2024-cü ilə nəzərən 5 milyon 412 min manat və ya 5,3 dəfə artım deməkdir. Valyuta məzənnəsi üzrə zərər 1 milyon 123 min manat (99 min manat / 8,7 dəfə çox), birgə müəssisələrin mənfəət və ya zərərində pay 27 milyon 560 min manat (1 milyon 341 min manat / 4,6% az) təşkil edib.
Yekunda SOCAR AQŞ-nin vergidən əvvəlki zərəri 45 milyon 883 min manat, mənfəət vergisi xərci 1 milyon 856 min manat təşkil edib. Bununla da, şirkət 2025-ci ili 42 milyon 518 min manat xalis zərərlə bağlayıb. 2024-cü ildə xalis zərər 41 milyon 5 min manat idi. Xalis zərər son bir ildə 1 milyon 513 min manat və ya 3,7% artıb.
Hesabat dövrünün sonunda şirkətin vəmi aktivləri 380 milyon 378 min manat, cəmi öhdəlikləri 300 milyon 886 min manat təşkil edib. 2024-cü ilə nəzərən aktivlər 8 milyon 934 min manat (2,3%) azalıb, öhdəliklər 33 milyon 584 min manat (12,6%) artıb.
Nəticə olaraq 2025-ci ilin sonunda SOCAR AQŞ-nin cəmi kapitalı 42 milyon 518 min manat, yaxud da 34,8% azalaraq 79 milyon 492 min manata düşüb.







![SOCAR AQŞ-nin aktivləri azalır, kapital “əriyir” –[red] 42 MİLYON XALİS ZƏRƏR - HESABAT[/red] | FED.az](/upload/news/small/906726.jpeg)
![SOCAR AQŞ-nin aktivləri azalır, kapital “əriyir” –[red] 42 MİLYON XALİS ZƏRƏR - HESABAT[/red] | FED.az](/upload/news/small/1047211.jpeg)
![SOCAR AQŞ-nin aktivləri azalır, kapital “əriyir” –[red] 42 MİLYON XALİS ZƏRƏR - HESABAT[/red] | FED.az](/upload/news/small/461418.jpeg)







