Azərbaycanın tanınmış neft şirkəti olan «GL Energy Operating LLC-də yeni təyinat olub. Maykl Rono şirkətin Maliyyə Nəzarətçisi (Controller) təyin edilib.
FED.az xəbər verir ki, bu barədə GL Group-un CEO-su və Məşvərət Şurasının sədri Asif Zeynalov açıqlayıb.
M.Rono bundan əvvəl ABŞ-ın Hyuston şəhərində yerləşən özəl neft-qaz hasilatı şirkətində Controller işləyib. Daha əvvəl «Terra Energy»də Assistant Controller, «PDC Energy»də Financial Reporting Manager, həmçinin KPMG-də audit və Bear Stearns & Co.-da investisiya bankçılığı təcrübəsi olub.
Yeni vəzifədə GL Group-un ABŞ-dakı əməliyyat aktivlərinin bütün mühasibat və maliyyə fəaliyyətlərinə rəhbərlik edəcək, Şimali Amerika üzrə EVP Bill Pardue-ya hesabat verəcək və qrupun CFO-su Emil Cəbrayılzadə ilə işləyəcək.












