“Dövlət Sosial Müdafiə Fondu” PHŞ (VÖEN: 1300050781) Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı tenderi yekunlaşdırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi fiziki şəxs Abasov Aydın Akif oğlu (VÖEN: 1701438522) olub. Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 540 min manat təşkil edib.
Müqaviləyə görə, Abasov Aydın Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün 3 min kvadrat metr sahəni 12 aylıq icarəyə verib. Ofisin aylıq icarə haqqı 45 min manat, bir kvadrat metr sahənin aylıq icarə haqqı 15 manat təşkil edib.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 60. Ünvanında yerləşir.













