Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı qoruqlardan 4,1 milyon manatdan artıq gəlir əldə olunub.
Azərbaycana gələn xarici turistlər 8%-ə yaxın azalıb – RUSİYA VƏ TÜRKİYƏ İLK YERLƏRDƏDİR
FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib.
Onun sözlərinə görə, həmin gəlirlər infrastrukturun saxlanılmasına və inkişaf etdirilməsinə yönəldilir.
"Bundan başqa, əldə olunan gəlirdən bir hissə gəlir vergisi və digər formada dövlətə ödənilir. Təbii ki, bizim hədəfimiz daha çox turist cəlb olunması və daha çox gəlirin əldə edilməsidir. Dediyim gəlirlər sırf bilet satışı ilə bağlıdır. Amma biz Dövlət-Özəl Tərəfdaşlığı modeli ilə bir çox istiqamətlərdə iş aparırıq ki, gəlir təkcə bilet satışından olmasın, digər istiqamətlərdən də olsun", - deyə M.Ağabəyli əlavə edib. (Report)













