"Ask Şüşə" MMC "DÜST 25951-83 standartında (1380*2)x(540*4)x150mkr ölçülü polietilen örtük" üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır. Müsabiqə yanvar ayının 27-də başlayıb.Tələb olunan sənədlər fevralın 16-dək, təkliflər isə fevralın 24-dək təqdim edilməlidir. Zərflər fevral ayının 28-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1305408641
Satınalan təşkilatın ünvanı: Salyan şosesi 25
Çatdırılma yeri:Qaradağ rayonu, Salyan şossesi 25, “ASK ŞÜŞƏ” MMC
Çatdırılma müddəti: DÜST 25951-83 standartında (1380*2)x(540*4)x150mkr ölçülü 15 ton polietilen örtüyün satınalma müqavilə imzalandıqdan sonra 5 gün ərzində qalib şirkət tərəfindən təmin edilməlidir.
Qeyd sifarişə 122 ton DÜST 25951-83 standartında (1380*2)x(540*4)x150mkr ölçülü polietilen örtük daxildir.