İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi MMC (VÖEN: 1307417001) “Cybernet” MMC (VÖEN: 9900050571) ilə satınalma müqaviləsi imzalayıb.
11 məktəbin tikintisi bu şirkətə verildi - 5,6 milyon ödəniləcək
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə çərçivəsində Dövlət Vergi Xidmətinin istifadəsində olan AVİS 2 sistemində VÖEN modulunun yaradılmasının satın alınması nəzərdə tutulur. İmzalanmış müqavilənin dəyəri 5 milyon 59 min 580 manat təşkil edir.
Qeyd edək ki, “Cybernet” MMC 2004-cü ildə yaradılıb. Nizamnamə kapitalı 10 min manat olan şirkətin qanuni təmsilçisi Həşimov Sərxan Qasım oğludur. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə, ev.11 hüquqi ünvanında yerləşir.














