Azərbaycan Dövlət Neft və Sənaye Universiteti PHŞ (ADNSU) (VÖEN: 1400196861) ilə “Koneks Construction” MMC (VÖEN: 3103278031) ilə yeni satınalma müqaviləsi imzalayıb.
Dövlət qurumu mühafizə xidməti alır – TENDER ELANI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə birmənbə metodu ilə imzalanıb – prosedur dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. İmzalanmış müqaviləyə çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusunun əsaslı təmir işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 22 milyon 863 min 519 manat təşkil edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, ADNSU bu ayın əvvəlində də eyni şirkətlə Universitetin 2-ci korpusunun əsaslı təmir işlərinin satın alınması ilə bağlı 23 milyon 363 min 670 manatlıq müqavilə imzalamışdı.
Qeyd edək ki, “Koneks Construction” MMC 2019-cu ildə yaradılıb. Nizmnamə kapitalı 580 min 10 manat olan şirkətin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. Şirkət Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə, ev.39, m.202 hüquqi ünvanında yerləşir














