“Hermes Finance” ASC “Caspian Auto İmport” ASC-nin səhmlərindəki payını geri çəkib.
“İcraçı Kredit Agentliyi” nizamnamə kapitalını – AZALDIR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət “Caspian Auto İmport” ASC-dən nominal dəyəri 1 manat olan 400 min ədəd səhmini geri alıb.
Bununla da, “Hermes Finance” ASC bütün payını geri sataraq “Caspian Auto İmport” ASC-nin səhmdarı olmaqdan çıxıb.
Qeyd edək ki, bu ilin iyul ayında “Hermes Finance” ASC-nin səhmdarlarının qərarı ilə şirkətin nizamnamə kapitalı 600 min manatdan 200 min manata azaldılmışdı.














