“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti (VÖEN: 9900000421) 3 tender elan edib.
Dövlət qurumu 61 min manatdan 20 avtomobil alır – TENDER, DETALLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, elan olunmuş tender çərçivəsində 8 Yarımstansiya üzrə termal kameralarla nasazlıqların aşkarlanması sistemi və termal monitorinq modulunun təhcizatı,quraşdırması və texniki dəstəyi xidmətlərinin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 2 milyon 312 min 255 manatdır.
Bundan başqa, dövlət qurumu 7 Yarımstansiya üzrə termal kameralarla nasazlıqların aşkarlanması sistemi və termal monitorinq modulunun təhcizatı, quraşdırılması və texniki dəstək xidmətlərinin satın alınmasını nəzərdə tutur. Bunun üçün ayrılmış məbləğ 2 milyon 550 min 114 manatdır.
Əlaqələndirici şəxs: Araz Məmmədzadə / baş mütəxəssis / [email protected] / +994 12 490 09 27
Dövlət qurumunun süni intellekt əsaslı elektrik veriliş xətlərinin müayinə və diaqnostika sistemlərinin alınaraq quraşdırılması və tətbiq edilməsi xidmətlərinin satınalınması ilə bağlı elan etdiyi tenderin ehtimal olunan qiyməti 2 milyon 212 min 701 manatdır.
Bu tenderdə əlaqələndirici şəxs: Həmid İsazadə / Baş mütəxəssis / [email protected] / +994 12 490 09 27
Hər üç tenderdə iştirak haqqı 1 000 manat, istifadə haqqı 25 manatdır.














