Rusiyanın texnoloji yeniliklərlə tanınan Sberbank-ı, müştərilərə süni intellektlə təchiz edilmiş rəqəmsal avatar vasitəsilə xidmət göstərilən ilk bank ofisini işə salıb.
FED.az xəbər verir ki, Moskvada yeprləşən filialda rəqəmsal köməkçi müştərilərə depozit seçməyə, maliyyə planı yaratmağa, bank məhsullarını müqayisə etməyə və sualları cavablandırmağa kömək edir. Eyni zamanda bu əməkdaşla karyera və ya təhsil proqramı seçmək kimi qeyri-maliyyə mövzularını da müzakirə etmək olur.
Müştəri ilə robotun söhbəti xüsusi otaqlarda keçirilir. Avatar ekranda görünür, təbii səslə danışır, hərəkət edir, jestlər edir və emosiyalarını üz ifadələri ilə çatdırır. Müştərilər kişi və qadın avatarları arasından, uşaqlar isə cizgi filmi personajları və SberCat personajı arasından seçim edə bilərlər.
Sistem Sber-in öz texnoloji məhsullarına əsaslanır. Sorğular GigaChat dil modelinə əsaslanan çoxagentli sistem tərəfindən işlənir. Robot söhbətin kontekstini qoruyur, aydınlaşdırıcı suallar verir və bu zaman bankın bilik bazasından istifadə edir.
Sberdə süni intellektlə iki formada xidmət mövcuddur: müştəriyə ya bank işçisi və süni intellekt köməkçisi birlikdə xidmət edir. Ya da təkcə robotun olduğu tam avtomatlaşdırılmış söhbət.















