Bu ilin üçüncü rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 6 min 257 nəfər olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə işləyən əcnəbilərin sayı ötən ilin eyni dövrünə nəzərən 350 nəfər və ya 5,3% azalıb.
Belə ki, ötən ilin eyni dövründə ölkədə işləyən əcnəbilərin sayı 6 min 607 nəfər idi.
Qeyd edək ki, hesabat dövründə ölkədə işləyən 6 min 257 əcnəbinin 25,5 faizi tikintidə, 10,5 faizi mədənçıxarma sənayesində, 10,1 faizi emal sənayesində, 8,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 7,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7 faizi təhsil və 32,6 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.













