Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (VÖEN: 1500016711) “Global İnşaat Group” MMC (VÖEN: 1400198291) ilə satınalma müqaviləsi imzalayıb.
Ağdamda 135 milyon manata yeni binalar tiikiləcək – TENDER
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə çərçivəsində ölkə üzrə 20 ədəd modul və 1 ədəd konteyner tipli məktəb binalarının quraşdırılması işlərinin satınalınması nəzərdə tutulub. Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 12 milyon 72 min 39 manat təşkil edib.
Qeyd edək ki, “Global İnşaat Group” MMC 2002-ci ildə yaradılıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Hacıyev Ruslan Şahin oğludur. Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev.6 hüquqi ünvanında yerləşir.














