“Ekol Mühəndislik Xidmətləri” QSC-nin balansında olan 8 avtomobil və 2 xüsusi texnika 2026-cı il dekabrın 10-da saat 10:00-da 50 faiz endirimlə təkrar hərraca çıxarılacaq. On lotun ümumi start qiyməti 47 750 manatdır.
Nazirliyin 892 avtomobili və texnikası hərraca çıxarılır - QİYMƏTLƏR
FED.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, satışa çıxarılan altı “Chevrolet Colorado”nun start qiyməti 3 750–5 000 manat arasında dəyişir. 2011-ci il buraxılışlı “Chevrolet Cruze” 6 000 manatdan, 2013-cü il buraxılışlı “GMC Terrain” isə 5 000 manatdan təklif olunacaq.
Xüsusi texnikalardan 2006-cı il buraxılışlı DT-75D 3 500 manatdan, eyni il buraxılışlı TVEX EK-12 isə 7 500 manatdan hərraca çıxarılacaq. Bunlar siyahıdakı ən aşağı və ən yüksək start qiymətləridir.
İştirak üçün seçilən lotun start qiymətinin 10 faizi məbləğində beh ödənilməli, sənədlər isə hərraca ən geci üç bank günü qalmış təqdim edilməlidir. Satışa çıxarılan vasitələrə hərrac gününədək həftəiçi saat 09:00–16:00 aralığında Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəhər şosesi 13 ünvanında baxmaq olar.
Hərrac Bakının Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında, Əmlak Xidmətləri Məkanının ikinci mərtəbəsində keçiriləcək.













