"Nvidia" şirkətinin səhmləri 30 %-dən çox bahalaşıb. Buna Censen Huanqın baş direktor vəzifəsinə qayıtması səbəb olub.
FED.az xəbər verir ki, bu barədə ticarət məlumatlarında əks olunub.
Direktorlar şurası cəmi 11 gün əvvəl qəbul edilmiş gediş barədə qərarı ləğv edərək onun prezident və baş direktor postlarına qayıtmasına yekdilliklə səs verib.
Bu xəbərin fonunda səhmlər təxminən 31 % artaraq 125 dollardan 164 dollara yüksəlib, enişin əhəmiyyətli hissəsini kompensasiya edib və kapitallaşmaya təxminən 1 trilyon dollar əlavə edib.
Bununla yanaşı, hələlik "Nvidia"nın səhmlərinin qiyməti qalmaqal başlanmamışdakı pik həddindən - 219 dollardan xeyli - 55 dollar aşağıdır.






![Təcili: Censen Huanqın qayıdışından sonra - [red]"Nvidia"nın səhmləri 30 % artıb - YENİ QİYMƏT[/red] | FED.az](/upload/news/small/1127188.png)
![Təcili: Censen Huanqın qayıdışından sonra - [red]"Nvidia"nın səhmləri 30 % artıb - YENİ QİYMƏT[/red] | FED.az](/upload/news/small/3757994.png)








