Bu ilin oktyabr ayının birinə ölkədə pensiyaçıların sayı 1 milyon 94 min 186 nəfər olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, pensiyaçıların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 min 833 nəfər və ya 0,5% azalıb. Belə ki, ötən ilin eyni dövründə pensiyaçıların sayı 1 milyon 100 min 19 nəfər idi.
Hesabat dövründə təyin olunmuş pensiyaların orta məbləği 595,8 manat olub ki, bu da, illik müqayisədə 55,6 manat və ya 10,3% daha çoxdur. Xatırladaq ki, ötən ilin oktaybr ayının birinə təyin olunmuş pensiyaların orta məbləği 540,2 manat idi.













