Azərbaycan Dövlət Pedaqoji Universiteti (VÖEN: 1700495231) mühafizə xidmətlərini ardıcıl bir neçə ildir “Gesco” ASC-yə (VÖEN: 1300664041) həvalə edir.
Dövlət qurumu mühafizə xidməti alır – TENDER ELANI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ADPU-nun mühafizəsini 2025-2026-ci illərdə “Gesco” ASC həyata keçirib. Şirkətlə 2025-ci il üzrə ADPU-nin mühafizəsi ilə bağlı 451 min 336 manatlıq, 2026-cı il üzrə 482 min 814 manatlıq müqavilələr imzalanıb.
Universitet yalnız Bakıda yerləşən filialları deyil, bölgələrdə yerləşən filialları da həmin şirkətə tapşırır. Belə ki, ADPU-nin Şəki Filalının mühazifəsi ilə bağlı tərəflər arasında 2025-ci ildə 35 min 973 manatlıq, 2026-cı ildə 35 min 978 manatlıq müqavilə imzalanıb.
Quba filialının mühafizəsinə görə isə şirkət Universitetdən 2025-ci ildə 55 min 68 manat, 2024-cü ildə 50 min 2 manat ödəniş alıb.
Məlumat üçün bildirək ki, “Gesco” ASC təkcə ADPU-nun deyil, bir çox dövlət qurumlarının, universitetlərin, kolleclərin və s. mühafizəsini həyata keçirir. Bu çərçivədə şirkət dövlət qurumları arasında 2024-2026-ci illər ərzində 81 satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, “Gesco” ASC 2005-ci ildə yaradılıb. Nizamnamə kapitalı 4 min manat olan şirkətin qanuni təmsilçisi Səmidli Turan Rauf oğludur. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev.1965-ci məhəllə, bina 5 hqüuqi ünvanında yerləşir.
|
S/N |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Qalibin adı |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
|
1 |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialı |
Mühafizə xidmətlərinin satınalınması |
"Gesco" ASC |
35 978 AZN |
12.01.2026 |
|
2 |
Azərbaycan Dövlət Pedaqoji Universiteti |
2026-cı il üçün mühafizə xidmətinin satınalınması |
"Gesco" ASC |
482 814 AZN |
23.12.2025 |
|
3 |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialı |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı Mühafizə xidmətinin satınalınması |
"Gesco" ASC |
55 068 AZN |
03.12.2025 |
|
4 |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialı |
Mühafizə xidmətinin satınalınması |
"Gesco" ASC |
35 973 AZN |
06.01.2025 |
|
5 |
Azərbaycan Dövlət Pedaqoji Universiteti |
2025-ci il üçün mühafizə xidmətinin satın alınması |
"Gesco" ASC |
451 336 AZN |
25.12.2024 |
|
6 |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialı |
ADPU Quba filialının 2025-ci il üzrə mühafizə xidmətlərinin satınalınması |
"Gesco" ASC |
50 002 |
20.12.2024 |














