Ardıcıl iki ildir Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) (VÖEN: 1300430721) mühafizəsini “Gesco” ASC-yə (VÖEN: 1300664041) həyata keçirir.
Dövlət qurumu mühafizə xidməti alır – TENDER ELANI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət 2026-cı il üzrə universitetin mühafizəsini həyata keçirmək üçün 332 min 477 manat, 2025-ci il üzrə universitetin mühafizəsini həyata keçirmək üçün 310 min 104 manat ödəniş alıb.
Bundan əlavə, bu ilin avqust ayında Universitetin nəzdində İnşaat Kolleci mühafizə xidmətinin satınalınması ilə bağlı bu şirkətlə 21 min 995 manatlıq müqavilə imzlayıb.
Qeyd edək ki, şirkət bir neçə ildir Azərbaycan Dövlət Pedaqoji Universitetinin də mühafizəsini həyata keçirir.
Xatırladaq ki, “Gesco” ASC 2005-ci ildə yaradılıb. Nizamnamə kapitalı 4 min manat olan şirkətin qanuni təmsilçisi Səmidli Turan Rauf oğludur. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev.1965-ci məhəllə, bina 5 hqüuqi ünvanında yerləşir.














