Cari ilin yanvar-sentyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində 276 istehlakçı müraciəti təmin edilib.
Bu ilin ilk 10 ayında istehlakçılara 315 min manat qaytarılıb
Dövlət Agentliyindən FED.az-a bildirilib ki, təmin olunmuş müraciətlər üzrə istehlakçılara qaytarılması, bərpa edilməsi və əsassız hesablandığı üçün silinməsi təmin edilmiş vəsaitin ümumi məbləği 68 min manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyd olunan göstərici 4 dəfəyədək artıb.
Agentlik tərəfindən həyata keçirilən tədbirlər istehlakçıların pozulmuş hüquqlarının bərpasına, mənafelərinin qorunmasına və təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərdə istehlakçı məmnunluğunun artırılmasına yönəlib.

















