Sumqayıt ŞİH Başçısının tabeliyində “Sumqayıt Bulvar” MMC (VÖEN: 2904286811) süsusi geyimlərin(paltarların və ayaqqabı) satın alınması ilə bağlı tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində 150 dəst xüsusi yay forması (qısaqol köynək+şalvar/ətək), 100 dəst xüsusi qış forması (uzunqol köynək+şalvar/ətək+pencək), 30 cüt qısaboğaz çəkmə (yay, yaz mövsümü üçün), 30 cüt uzunboğaz çəkmə (payız, qış mövsümü üçün), 100 ədəd yağmurluq plaş, 30 ədəd qadın xalatı, 100 ədəd xəbərdaredici jilet, 20 ədəd qış gödəkçəsi (kurtkası) alınacaq. Tenderin ehtimal olunan qiyməti 31 min 573 manatdır.
Tenderdə iştirak haqqı 63 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Ruslan Əliyev / İqtisadçı / [email protected] / +994 77 336 66 29














