Ağdam Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ (VÖEN: 3201635961) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində “Ağdam şəhəri 3-cü faza üzrə yaşayış məhəllələrinin tikintisi layihəsi çərçivəsində 445, 446, 460, 461, 462, 463 saylı məhəllələr üzrə yaşayış binalarının tikinti işləri”nin satın alınması nəzərdə tutulur.
Tenderin ehtimal olunan qiyməti 122 milyon 931 min 366 manatdır.
Tenderdə iştirak haqqı 10 min manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Emil Quliyev / Baş məsləhətçi / [email protected] / +994 50 640 00 04














