24 dekabr 2026-cı il tarixində Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq Bakı vaxtı ilə saat 12:00-da Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1008, Xətai prospekti, 38 ünvanında baş tutacaqdır.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
- Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının katibinin seçilməsi haqqında.
- Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurasının tərkibi haqqında.















