Bakı şəhərində yeni parkların salınması və mövcud olanların abadlaşdırılmasına 52 milyon manat vəsait xərclənəcək.
Dövlət qurumu 61 min manatdan 20 avtomobil alır – TENDER, DETALLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Bakı ŞİH tabeliyində Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC (VÖEN: 1702563281) “Xezer-Construction” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Müqavilə çərçivəsində Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərinin davam etdirilməsinin satın alınması nəzərdə tutulur.
Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 52 milyon 692 min 140 manat təşkil edib.
Qeyd edək ki, “Xezer-Construction” MMC 2018-ci ildə yaradılıb. Nizamnamə kapitalı 200 manat olan şirkətin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur. Şirkət Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Zakir, ev.11/30 hüquqi ünvanında yerləşir.














