Bu ilin yanvar-aprel aylarında Azərbaycan 18 xarici ölkəyə 5 milyard 715 milyon dollar dəyərində 9 milyon 236 min ton neft ixrac edib.
FED.az Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına istinadən verir ki, bu dövrdə Azərbaycan ən çox nefti İtaliyaya ixrac edib. Bu ölkəyə 2 milyard 108 milyon dollar dəyərində 3 milyon 362 min ton neft satılıb - 1 ton neftin ixrac qiyməti 619 dollar olub.
İkinci yerdə Hindistan qərarlaşıb. Hindistana 543 milyon dollar dəyərində 923 min ton neft satılıb - 1 tonu təxminən 627 dollar.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri İspaniya tutur. Yanvar-aprel aylarında bu ölkəyə 527 milyon dollar dəyərində 827 min ton neft ixrac edilib - 1 ton neftin satış qiyməti 588 dollar civarında olub.
FED.az Azərbaycanın bu ilin yanvar-aprel aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edir:
|
Ölkələr |
Statistik dəyər (min dollar) |
Miqdar, ton |
1 ton neftin qiyməti |
|
Cəmi |
5 715 410 |
9 235 906 |
619 |
1 |
İtaliya |
2 108 112 |
3 362 270 |
627 |
2 |
Hindistan |
543 046 |
922 967 |
588 |
3 |
İspaniya |
526 641 |
826 905 |
637 |
4 |
İsrail |
500 939 |
801 049 |
625 |
5 |
Türkiyə |
349 379 |
589 714 |
592 |
6 |
Çexiya |
323 391 |
517 968 |
624 |
7 |
Almaniya |
301 359 |
481 704 |
626 |
8 |
Yunanıstan |
190 160 |
299 869 |
634 |
9 |
Avstriya |
152 156 |
266 568 |
571 |
10 |
İrlandiya |
149 744 |
263 098 |
569 |
11 |
Rumıniya |
112 481 |
176 403 |
638 |
12 |
Sinqapur |
87 786 |
138 338 |
635 |
13 |
Vyetnam |
85 115 |
138 517 |
614 |
14 |
İndoneziya |
85 010 |
128 188 |
663 |
15 |
Fransa |
66 308 |
108 829 |
609 |
16 |
Portuqaliya |
62 898 |
92 953 |
677 |
17 |
Xorvatiya |
55 345 |
90 294 |
613 |
18 |
Tailand |
15 539 |
30 273 |
513 |