“Sumqayıt Tekstil” MMC-nin balansında olan 269 avadanlıq dekabrın 24-də hərraca çıxarılacaq. Beş lot üzrə satışa təqdim edilən avadanlığın ümumi başlanğıc qiyməti 454,038,57 manatdır.
“Aqrarkredit” 23 lot üzrə əmlak və 5 şirkət üzrə borc tələb hüquqlarını satışa çıxarır - SİYAHI
FED.az xəbər verir ki, ən bahalı lot 89 ədəd tikiş avadanlığından ibarətdir. Onun başlanğıc qiyməti 314 910,86 manatdır. Bu, hərraca çıxarılan avadanlığın ümumi başlanğıc dəyərinin təxminən 69 faizini təşkil edir.
İkinci lota daxil olan 10 ədəd cütləmə və burucu avadanlıq 30 654,23 manatdan, üçüncü lotdakı 51 ədəd toxucu avadanlığı isə 86 459,40 manatdan satışa çıxarılacaq. Dördüncü lot üzrə 118 ədəd tikiş avadanlığının başlanğıc qiyməti 20 584,08 manat, beşinci lot üzrə bir buxar aparatının qiyməti isə 1 430 manat müəyyən edilib.
Hərrac 24 dekabr 2026-cı il saat 10:00-da Bakının Nizami rayonunda, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.
İştirak etmək istəyənlər seçdikləri lotun başlanğıc qiymətinin 10 faizi həcmində beh ödəməli və ödənişi təsdiqləyən sənədlə birlikdə tələb olunan sənədləri hərraca ən geci üç bank günü qalanadək təqdim etməlidirlər. Fiziki şəxslər şəxsiyyətini təsdiq edən sənədin surətini, hüquqi şəxslər təsis sənədlərinin təsdiqlənmiş surətlərini, nümayəndələr isə əlavə olaraq etibarnamə təqdim etməlidirlər.
Elana əsasən, iştirakçılar satışa çıxarılan avadanlıqlara hərracdan əvvəl baxa bilərlər.













