Xalq Bankın stimullaşdırıcı “Əmanət” lotereyasının 2-ci tirajının qaliblərinə pul mükafatları təqdim olunub.
FED.az xəbər verir ki, ikinci tirajın nəticələrinə əsasən, ümumilikdə 75 nəfər müxtəlif məbləğlərdə pul mükafatı qazanıb. Qaliblər lotereya şərtlərinə uyğun olaraq bankın filial qrupları üzrə müəyyən edilib və mükafatlar müvafiq filiallarda qaliblərə təqdim edilib.
Bu tiraj üzrə ən yüksək uduş olan 15 ədəd 5 000 AZN pul mükafatının qalibləri Xalq Bankın Mərkəz, Neftçilər, Sumqayıt, Qazax, Mingəçevir, Yevlax, Quba, Xaçmaz, Neftçala, Şirvan və Lənkəran filiallarının müştəriləridir.
Bundan əlavə, müxtəlif regionlardan 25 nəfər 1 000 AZN, 35 nəfər isə 500 AZN məbləğində pul mükafatını qazanıb. Ümumilikdə, 2-ci tirajda 117 500 AZN dəyərində pul mükafatları öz sahibini tapıb.
Xatırladaq ki, hazırda “Əmanət” lotereyasının 3-cü tirajı davam edir. Lotereya çərçivəsində Xalq Bankın “Müddətli”, “Proqress”, “VIP-Rantye” və rəqəmsal əmanət məhsulları üzrə yeni əmanət yerləşdirən və ya mövcud əmanətinin müddəti uzadılan müştərilər növbəti tirajlarda müxtəlif məbləğlərdə pul mükafatları, eləcə də hər biri 50 000 AZN olan iki əsas uduşdan birini qazanmaq şansı əldə edəcəklər.
“Əmanət” lotereyasının sonuncu tirajının qalibləri 12 yanvar 2027-cı il tarixində müəyyən ediləcək. Lotereyada iştirak üçün əmanətlərin son qəbulu tarixi 30 dekabr 2026-cı ildir. Şərtlər barədə ətraflı: https://www.xalqbank.az/az/ferdi/kampaniyalar/lotereya?include=menu
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.















