2023-cü ilin yanvar-aprel aylarının yekunları üzrə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $1 milyard 187,218 milyon təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,5% çoxdur.
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata əsasən, qeyri-neft ixracının əksər həcmi Türkiyənin paylna düşüb. Belə ki, yanvar-aprel aylarında Türkiyəyə hesabat dövrü ərzində Azərbaycanım bütün qeyri-neft icracının 34,15%-i və ya $405,445 milyon (+21,5%) dəyərində məhsul ixrac olunub.
Qeyri-neft ixracının həcminə görə ikinci yerdə Rusiyadır - $285,22 milyon (аrtım 48,8%), xüsusi çəki - 24,02% təşkil edir.
Üçlüyə $142,564 milyon (artım 2,3 dəfə) həmc, xüsusi çəki – 12,01% olmaqla Gürcüstan daxildir.
Azərbaycanın qeyri-neft məhsulları ixcar etdiyi TOP-12 ölkələrin sırasına daxildir: İsveçrə – $49,171 milyon (аzalma 3,6%), Qazaxıstan - $34,451 milyon (artım 2,6 dəfə), Türkmənistan - $27,481 milyon, Ukrayna - $27,277 milyon, İtaliya - $19,46 milyon, Belçika - $18,156 milyon, Özbəkistan - $15,418 milyon, Rumıniya - $15,253 milyon və Almaniya - $13,348 milyon.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycandan qeyri-neft ixracının həcmi rekord $3 milyard 47,67 milyon (2021-ci ilin göstəricisindən 12,3% çоx) təşkil edib.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq. (İnterfaks-Azərbaycan)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.