Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2026-cı ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,9 faiz azalaraq 1 milyon 740,4 min nəfər olmuşdur.
Otellərdə işləyənlərin orta aylıq maaşı – 890 MANATDIR
FED.az xəbər verir ki, vətəndaşlarımızın 43,7 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çox), 14,6 faizi Rusiya Federasiyasına (1,9 faiz az), 13,2 faizi Gürcüstana (19,2 faiz çox), 4,9 faizi İrana (47,9 faiz az), 23,6 faizi isə digər ölkələrə (1,1 faiz az) gedib. Gedənlərin 64,3 faizini kişilər, 35,7 faizini qadınlar təşkil edib.
2026-cı ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69,9 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.














