Xalq Sığorta ASC Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara tamamilə fərqli və daha sərfəli kampaniya təklif edir.
FED.az xəbər verir ki, yalnız xanımlar 6 və 7 mart tarixlərində Kasko sığorta növünü 2 faiz tariflə, eyni zamanda, sadəcə 88 AZN azadolma məbləği ilə əldə edə biləcəklər.
Qeyd edək ki, kampaniyadan yararlanan şəxslər sığorta haqqını birdəfəlik və ya 12 aya qədər hissəli şəkildə ödəyə bilərlər.
Xatırladaq ki, 2005-ci ildən fəaliyyət göstərən "Xalq Sığorta" ASC, 58 750 500 manat həcmində nizamnamə kapitalına malikdir. Şirkət, tərəfdaşlar və müştərilər qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirməklə sığorta bazarında yüksək etimad qazanmışdır.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.