Prezident İlham Əliyevin sərəncamı ilə Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
FED.az xəbər verir ki, yeni icra başçısı Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub.
Hacıbaba Babayevin dövlət qulluğundakı əmək fəaliyyəti uzun illər Bakı şəhərinin Binəqədi rayonu ilə bağlı olub.
O, əmək fəaliyyətinə 2004-cü ildə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində başlayıb. Babayev 2022-ci ilədək həmin şöbədə baş məsləhətçi vəzifəsində çalışıb.
2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Elə həmin ildən Hacıbaba Babayev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin müavini vəzifəsində fəaliyyət göstərib. İndi isə o, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Hacıbaba Babayev 2017-ci ildə Prezidentin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.





![22 il dövlət qulluğunda çalışıb icra başçısı oldu – [red]YENİ TƏYİNAT, DOSYE[/red] | FED.az](/upload/news/small/1957014.jpg)
![22 il dövlət qulluğunda çalışıb icra başçısı oldu – [red]YENİ TƏYİNAT, DOSYE[/red] | FED.az](/upload/news/small/4791525.jpeg)







