Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin on birinin sığorta ödənişlərində artımlar olub.
Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-AVQUST, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, sığorta ödənişlərini ən çox artıran şirkət «İpək Yolu Sığorta» ASC olub. Şirkətin ödənişləri 2025-ci ilin yanvar-avqust aylarına nəzərən 138 min manat və ya 2 dəfə artaraq 274 min manata yüksəlib.
«Atəşgah Həyat Sığorta» ASC-nin ödənişləri son bir ildə 38 milyon 372 min manat (91,3%) artaraq 80 milyon 405 min manata, «Qala Həyat Sığorta» ASC-nin ödənişləri 1 milyon 162 min manat (55,1%) artaraq 3 milyon 271 min manata yüksəlib.
Siyahıda dördüncü yerdə 12 milyon 334 min manat ödənişlə (4 milyon 296 min manat və ya 53,4% çox) «Azərbaycan Sənaye Sığorta» ASC, beşinci yerdə 115 milyon 57 min manat ödənişlə (24 milyon 631 min manat çox) «PAŞA Sığorta» ASC qərarlaşıb.
«PAŞA Həyat Sığorta» ASC-nin ödənişlərinin həcmi son bir ildə 101 milyon 552 min manat (27%) artaraq 477 milyon 193 min manata, «Meqa Həyat Sığorta» ASC-nin ödənişlərinin həcmi son bir ildə 728 min manat (20,5%) artaraq 4 milyon 278 min manata yüksəlib. «PAŞA Həyat Sığorta» ASC həm də ödənişlərini məbləğ ifadəsində ən çox artıran şirkətdir.
Sığorta ödənişlərini artıran növbəti şirkətlər «A-Qroup Sığorta» ASC və «Meqa Sığorta» ASC olub. Belə ki, bu şirkətlər müvafiq olaraq 8 milyon 522 min manat (1 milyon 342 min manat və ya 18,7% çox) və 11 milyon 306 min manat (798 min manat və ya 7,6% çox) sığorta ödənişi ediblər.
Siyahının sonuncu yerlərində «Atəşgah Sığorta» ASC və «AzSığorta» ASC qərarlaşıb. Beləliklə, «Atəşgah Sığorta» ASC-nin ödənişlərinin həcmi 2025-ci ilin eyni dövrünə nəzərən 1 milyon 978 min manat (7,5%) artaraq 28 milyon 328 min manata, «AzSığorta» ASC-nin ödənişlərinin həcmi 47 min manat (3,9%) artaraq 1 milyon 247 min manata yüksəlib.














