Bu ilin yanvar-avqust aylarında “Qala Sığorta” ASC-nin topladığı sığorta haqqlarının həcmi 41 milyon 696 min manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin yığımları 16 milyon 820 min manat və ya 28,7% azalıb.
Hesabat dövründə şirkətin sığorta ödənişlərinin həcmi 16 milyon 254 min manat olub ki, bu da, illik müqayisədə 920 min manat, yaxud da 5,4% azalma deməkdir.
Bu ilin ilk 8 ayında “Qala Sığorta” ASC-nin zərərlilik göstəricisi 39%-ə bərabər olub. Yəni şirkət topladığı hər 100 manat sığorta haqqından 39 manat geri ödəniş edib. Bu rəqəm 2025-ci ilin ilk 8 ayından bəri 10 faiz bəndi artıb.
Qeyd edək ki, 2025-ci ilin eyni dövründə “Qala Sığorta” ASC-nin yığımlarının həcmi 58 milyon 516 min manat, ödənişlərinin həcmi 17 milyon 174 min manat, ödəniş/yığım nisbəti (zərərlilik göstəricisi) 29,3% olub.
Məlumat üçün bildirək ki, 2025-ci ilin ilk 8 ayında sığorta şirkətləri 1 milyard 48,1 milyon manat sığorta haqqı toplamışdılarsa, 2026-cı ilin eyni dövründə bu göstərici 1 milyard 115,4 milyon manata yüksəlib. Beləliklə, sığorta yığımları bir ildə 67,3 milyon manat və ya 6,4% artıb.
Bundan başqa, 2025-ci ilin yanvar-avqustunda sığorta şirkətləri 603,4 milyon manat ödəniş etmişdilər. 2026-cı ilin eyni dövründə ödənişlər 773,2 milyon manata çatıb. Nəticədə ödənişlər bir ildə 169,7 milyon manat və ya 28,1% artıb.
Bu dinamika yığım/ödəniş nisbətinə də ciddi təsir edib. 2025-ci ilin ilk 8 ayında hər 100 manat yığıma təxminən 57,6 manat ödəniş düşürdüsə, 2026-cı ildə bu göstərici 69,3 manata yüksəlib.














