Xəbər verildiyi kimi, bu gün prezident İloham Əliyevin sərəncı ilə Naftalan Şəhər İcra Hakimiyyətinə yeni icra başçısı təyin edilib.
Naftalan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin olunan Məmmədiyə Süleyman oğlu Məmmədovun 37 yaşı var.
Prezident İlham Əliyevin sərəncamı ilə Məmmədiyə Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
1989-cu ildə Bakıda anadan olan Məmmədiyə Məmmədov ali təhsilinin müxtəlif mərhələlərini Rusiya və Böyük Britaniyada keçib.
O, 2005–2009-cu illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Hüquq fakültəsində hüquqşünas ixtisası üzrə bakalavr təhsili alıb.
Məmmədov 2009–2011-ci illərdə Londonda Regents Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsilini davam etdirib. 2015–2017-ci illərdə isə Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində iqtisadiyyat ixtisası üzrə magistr təhsili alaraq fərqlənmə diplomuna layiq görülüb.
Yeni icra başçısı 2025-ci ildə Harvard Universitetində dövlət idarəçiliyi strategiyasının icrası üzrə kursu da bitirib.
Məmmədiyə Məmmədovun əmək fəaliyyətinin mühüm hissəsi diplomatik xidmətlə bağlı olub. O, 2013–2022-ci illərdə Xarici İşlər Nazirliyində, o cümlədən Azərbaycanın Rusiyadakı səfirliyində və İstanbul şəhərindəki Baş Konsulluğunda müxtəlif diplomatik vəzifələrdə çalışıb.
2022-ci ilin iyulundan Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində baş məsləhətçi və sektor müdiri vəzifələrində fəaliyyət göstərib.
Məmmədov 2024-cü ildə Bakıda keçirilən COP29-da fəal iştirakına görə Prezidentin “Təşəkkürnamə”si ilə təltif olunub. O, Yeni Azərbaycan Partiyasının üzvüdür, evlidir və iki övladı var.





![Azərbaycanda Harvard təhsili almış icra başçısı təyin edildi - [red]FOTO - DOSYE[/red] | FED.az](/upload/news/small/3992767.jpg)
![Azərbaycanda Harvard təhsili almış icra başçısı təyin edildi - [red]FOTO - DOSYE[/red] | FED.az](/upload/news/small/364174.jpeg)







