Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə yeni rəhbər təyin olunan Natiq Oruc oğlu Əliyevin təhsil və əmək fəaliyyəti açıqlanıb.
FED.az xəbər verir ki, Natiq Əliyev beynəlxalq münasibətlər, dövlət və şəhər idarəçiliyi sahələrində fəaliyyət göstərib, tarix üzrə fəlsəfə doktorudur.
O, 2007-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə həmin universitetdə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Natiq Əliyev 2015-ci ildə hüquq üzrə ikinci ali təhsil çərçivəsində magistratura pilləsini də başa vurub.
Yeni icra başçısı elmi-pedaqoji fəaliyyətlə də məşğul olub. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dərs deyib. Eyni zamanda, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının təsis olunmasında iştirak edib və təşkilatın idarəetmə heyətində təmsil olunub.
Prezident Administrasiyasında çalışıb
Natiq Əliyev daha sonra Azərbaycan Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
2021-ci ildən Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
Onun xaricdə dövlət və şəhər idarəçiliyi üzrə əlavə təhsil təcrübəsi də var. Natiq Əliyev Cənubi Koreyada Koreya İnkişaf İnstitutunda və Harvard Universitetinin Kennedi adına Dövlət İdarəçilik Məktəbində dövlət idarəçiliyi proqramlarını bitirib.
Bundan başqa, Lozanna Federal Politexnik Məktəbinin (EPFL) şəhər infrastrukturunun idarə edilməsi proqramını tamamlayıb. Qaradağın yeni icra başçısı ingilis, rus, alman və türk dillərini bilir.





![Yeni icra başçısı Prezident Administrasiyasında işləyib - [red]4 xarici dil bilir - FOTO, DOSYE[/red] | FED.az](/upload/news/small/3587081.jpg)
![Yeni icra başçısı Prezident Administrasiyasında işləyib - [red]4 xarici dil bilir - FOTO, DOSYE[/red] | FED.az](/upload/news/small/3942541.jpeg)







