Bu ilin yanvar-avqust aylarında “AzSığorta” ASC-nin yığımlarında azalmalar, ödənişlərində artımlar və zərərlilik göstəricisində geriləmə müşahidə olunub.
Sığorta şirkətlərinin ödəniş/yığım nisbəti üzrə - RENKİNQİ – (YANVAR-AVQUST, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə ötən ilin eyni dövrünə nəzərən şirkətin sığorta yığımları 526 min manat və ya 9,2% azalaraq 5 milyon 206 min manata düşüb.
Sığorta ödənişləri isə 47 min manat (3,9%) artaraq 1 milyon 247 min manata çatıb.
Qeyd edək ki, ötən ilin ilk 8 ayında sığorta şirkətinin yığımları 5 milyon 732 min manat, ödənişləri 1 milyon 200 min manat olmuşdu.
Bundan başqa, bu ilin yanvar-avqust aylarında şirkətin sığorta ödənişlərinin sığorta yığımlarına nisbəti – yəni zərərlilik göstəricisi 24%-ə bərabər olub. Ötən il isə bu rəqəm 21% idi. Yəni şirkət 2025-ci ilin eyni dövründə topladığı hər 100 manat sığorta haqqından cəmi 21 manat geri ödəniş edirdisə, bu ilin hesabat dövründə bu rəqəm 24 manata yüksəlib.
Məlumat üçün bildirək ki, 2025-ci ilin ilk 8 ayında sığorta şirkətləri 1 milyard 48,1 milyon manat sığorta haqqı toplamışdılarsa, 2026-cı ilin eyni dövründə bu göstərici 1 milyard 115,4 milyon manata yüksəlib. Beləliklə, sığorta yığımları bir ildə 67,3 milyon manat və ya 6,4% artıb.
Bundan başqa, 2025-ci ilin yanvar-avqustunda sığorta şirkətləri 603,4 milyon manat ödəniş etmişdilər. 2026-cı ilin eyni dövründə ödənişlər 773,2 milyon manata çatıb. Nəticədə ödənişlər bir ildə 169,7 milyon manat və ya 28,1% artıb.
Bu dinamika yığım/ödəniş nisbətinə də ciddi təsir edib. 2025-ci ilin ilk 8 ayında hər 100 manat yığıma təxminən 57,6 manat ödəniş düşürdüsə, 2026-cı ildə bu göstərici 69,3 manata yüksəlib.














