“Atəşgah Həyat” Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar–avqust aylarında müştərilərinə 80 milyon 405 min manat məbləğində sığorta ödənişi həyata keçirib.
FED.az xəbər verir ki, şirkətin sığorta ödənişlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 38 milyon 372 min manat və ya 91,3% artıb. Belə ki, 2025-ci ilin yanvar–avqust aylarında “Atəşgah Həyat”ın sığorta ödənişləri 42 milyon 33 min manat təşkil edib.
Hesabat dövründə şirkətin sığorta yığımlarında da artım qeydə alınıb. “Atəşgah Həyat” Sığorta Şirkəti 2026-cı ilin ilk 8 ayında 75 milyon 51 min manat sığorta haqqı toplayıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 894 min manat və ya 2,6% çoxdur. Ötən ilin yanvar–avqust aylarında şirkətin sığorta yığımları 73 milyon 158 min manat olub.
Beləliklə, 2026-cı ilin ilk 8 ayında "Atəşgah Həyat”ın həm sığorta ödənişlərində, həm də sığorta yığımlarında artım müşahidə edilib.
Şirkət 6,73%-lik sığorta yığımı payı ilə müqayisə edilən sığorta şirkətləri arasında üçüncü yerdə qərarlaşıb.














