Azfen MMC
Elektrik - Azərbaycan Respublikasının Cəbrayıl rayonunda “Şəfəq Layihəsi”
Son tarix 28 okt 2026 - Müraciət et
Vəzifə öhdəlikləri
- Elektrik işləri üzrə verilmiş istehsalat tapşırıqlarını müvafiq norma, prosedur və keyfiyyət tələblərinə uyğun icra etmək;
- İş yerində təhlükəsizliyin təmin olunması, elektrik alət və avadanlıqlarından təhlükəsizlik qaydalarına uyğun istifadə etmək;
- Elektrik naqillərinin çəkilməsi, kabel tavalarının quraşdırılması, elektrik sxemləri üzrə birləşdirmə və bağlantı işlərini yerinə yetirmək;
- Elektrik avadanlıqları, kabellər və bağlantılar üzərində sınaq işlərini aparmaq;
- Elektrik avadanlıqlarının, naqillərin növləri, gərginlik mənbələri və onların texniki göstəriciləri barədə biliklərdən istifadə etmək;
- İş sahəsini istehsalat tullantılarından təmiz saxlamaq və tullantıları müəyyən edilmiş qaydada toplamaq;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın və elektrik təhlükəsizliyi qaydalarına ciddi riayət etmək.
Namizədə tələblər
- Müvafiq sahə üzrə peşə təhsili və ya iş təcrübəsi;
- Elektrik montaj işləri üzrə minimum 3 il iş təcrübəsi;
- Elektrik sxemlərini oxuma və montaj işlərini yerinə yetirmə bacarığı;
- Elektrik alət və avadanlıqları ilə işləmək bacarığı;
- Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq;
- Sahə şəraitində işləmək bacarığı.
Günəş paneli layihələrində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
İş şəraiti
- İş yeri: Cəbrayıl rayonu
- İş qrafiki: 12 gün iş / 3 gün istirahət (08:00-18:00)
- Nahar, yaşayış və servis şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.













