ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyul müqaviləsinin dəyəri 0,48% azalaraq 1 barelə görə 81.51 ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,59% azalaraq 1 barelə görə 77.11 ABŞ dolları təşkil edib.