Azərbaycan Mərkəzi Bankı (AMB) (VÖEN: 9900071001) 3 yeni tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, elan olunmuş tender çərçivəsində inzibati binanın həyətyanı sahəsində külək təsirinin qiymətləndirilməsi, küləkqırıcı həllərin layihələndirilməsi və işlərin icrası nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 67 min 207 manatdır.
Bundan başqa, AMB yeni bina üçün illik ehtiyat materiallarının satın alınması üçün 158 min 484 manat, müxtəlif santexnika mallarının satın alınması üçün 19 min 313 manat vəsait ayırıb.
Tenderlərin ümumi ehtimal olunan qiyməti 215 min 4 manat təşkil edir.
Əlaqələndirici şəxslər: Tamerlan Aydəmir - Mütəxəssis / [email protected] / +994 12 493 11 22;
Abdulla Böyükkişiyev - Böyük mütəxəssis / [email protected] /
+994 10 239 23 80












