“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi PHŞ (VÖEN: 1700711731) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində 2026-cı il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun şəkildə hazırlanmış maliyyə hesabatlarının auditi və müstəqil audit rəyinin verilməsi xidmətinin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 22 min 302 manatdır.
Tenderdə iştirak haqqı 44,6 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Murad Babayev - Məsləhətçi / [email protected] / tel:+994 10 241 82 46













