Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfelindən əldə etdiyi faiz gəlirlərinin ümumi həcmi 2026-cı ilin ilk yarısında 2 milyard 196,4 milyon manat təşkil edib.
FED.az-ın hesablamasına görə, Azərbaycanda kreditlərdən ən yüksək faiz gəliri əldə edən bankların siyahısına Kapital Bank başçılıq edib.
İlk 10-luq belədir:
|
Bank |
Faiz gəliri |
|
Kapital Bank |
519,738 mln. AZN |
|
ABB |
481,627 mln. AZN |
|
PAŞA Bank |
160,834 mln. AZN |
|
Bank Respublika |
139,796 mln. AZN |
|
AccessBank |
134,574 mln. AZN |
|
Unibank |
134,525 mln. AZN |
|
Bank of Baku |
96,899 mln. AZN |
|
Yelo Bank |
94,834 mln. AZN |
|
XalqBank |
78,013 mln. AZN |
|
Rabitəbank |
70,657 mln. AZN |
İlk 10 bankın kreditlərdən faiz gəlirləri birlikdə 1 milyard 911,5 milyon manat təşkil edib. Bu da bütün renkinqin təxminən 87%-i deməkdir.













