Azərbaycan və Slovakiya II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində qaz tədarükü ilə bağlı danışıqların növbəti raundunu keçirib.
FED.az xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov sosial şəbəkələrdə məlumat yayıb.
Onun sözlərinə görə, forum çərçivəsindəki müzakirələr Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun getdikcə daha çox investor cəlb etdiyini təsdiqləyib.
"Slovakiyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Vladimir Şimonak və SPP-nin (Slovakiya milli qaz şirkəti, - red.) rəhbərliyi ilə birlikdə, Azərbaycan qazının Slovakiyaya tədarükü daxil olmaqla, gələcək birgə layihələr barədə konstruktiv danışıqlar apardıq", - E.Qasımov qeyd edib.
Daha əvvəl məlumat verilmişdi ki, Slovakiya növbəti ildən etibarən Azərbaycandan ildə 1,2 milyard kubmetr qaz almağı planlaşdırır.












