Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfelindən əldə etdiyi faiz gəlirlərinin ümumi həcmi 2026-cı ilin ilk yarısında 2 milyard 196,4 milyon manat təşkil edib.
Azərbaycan banklarının kredit prioriteti dəyişir – PUL HANSI SAHƏLƏRƏ GEDİR?
FED.az-ın hesablamasına görə, kreditlərdən ən çox faiz gəliri əldə edən bank Kapital Bank olub. Bankın 2026-cı ilin ilk yarısında müştərilərə verdiyi kreditlərdən faiz gəlirləri 519 milyon 738 min manat təşkil edib.
İkinci yerdə ABB qərarlaşıb. Bankın kredit portfelindən faiz gəlirləri 481 milyon 627 min manat olub.
Üçüncü yerdə 160 milyon 834 min manatla PAŞA Bank, dördüncü yerdə 139 milyon 796 min manatla Bank Respublika, beşinci yerdə isə 134 milyon 574 min manatla AccessBank qərarlaşıb.
İlk beş bank birlikdə kreditlərdən 1 milyard 436,6 milyon manat faiz gəliri əldə edib. Bu, renkinqdəki bankların ümumi göstəricisinin təxminən 65,4%-i deməkdir.
Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, ölkənin bank sektorunun kredit portfeli 1 iyul 2026-cı il tarixinə 31 milyard 821,3 milyon manat təşkil edib.













