Aprelin 13-də başlayan İran İsrail raket hücumları səbəbindən Yaxın Şərqdə vəziyyət daha da gərginləşib və bu Azərbaycana təsir etməyə başlayıb.
FED.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" baş verənlərlə bağlı Bakıdan bəzi reyslərin gecikdiyini açıqlayıb.
AZAL-ın mətbuat xidməti bildirir ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin aşağıdakı reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir. Gecikən reyslər aşağıdakılardır:
İslamabad-Bakı (J2 5144)
Dammam-Bakı (J2 8210)
Dehli-Bakı (J2 058)
Dubay-Bakı (J2 016)
AZAL bildirir ki, əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.