Ötən il Azərbaycanda mehmanxana (otel) və mehmanxana tipli obyektlərdə işləyən işçilərin sayı 16 min 259 nəfər, onların aldığı maaş 173 milyon 484,8 min manat olub. Başqa sözlə, ötən il otellərdə işləyən bir nəfər orta hesabla ayda 889 manat maaş alıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, otellərdə işləyənlərin orta aylıq maaşı 2024-cü ilə nəzərən 2 manat və ya 0,2% artıb.
Qeyd edək ki, 2024-cü ildə otellərdə işləyənlərin sayı 15 min 202 nəfər, aldıqları maaşın həcmi 161 milyon 861 min manat olub. Bir nəfərə düşən orta aylıq maaş 887 manat təşkil edib.














