Azərbaycan vətəndaşları öz ümumvətəndaş, yəni adi pasportları vasitəsilə daha bir ölkəyə vizasız səfər edə biləcəklər.
FED.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Məlumata əsasən vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşlarının 2026-cı ilin 22 noyabr tarixindən qarşılıqlı viza tələbi ləğv edilib.
İndi yeni qaydalara əsasən, hər iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşları qarşılıqlı olaraq digər ölkənin ərazisinə vizasız daxil ola, oradan çıxa və tranzit keçə, hər 180 günlük müddət ərzində isə 90 gündən artıq olmamaq şərtilə həmin ölkədə qala bilərlər.














