Ötən ilin sonunda Azərbaycanda mehmanxana (otel) və mehmanxana tipli obyektlərdə işləyən işçilərin sayı 16 min 259 nəfər olub.
Mehmanxana (hotel) və sanatoriya fəaliyyətinə dair yeni vergi güzəşti olacaq
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, otellərdə işləyənlərin sayı son bir ildə 1 057 nəfər və ya 7% artıb. Belə ki, 2024-cü ilin sonunda otellərdə işləyənlərin sayı 15 min 202 nəfər idi.
Ötən il otellərdə işləyənlərin çoxu – 6 min 735 nəfəri Bakı şəhərinin, ən azı – 1 nəfəri Zərdab rayonunun payına düşüb.














