Xəbər verildiyi kimi, ötən ilin sonunda Azərbaycanda mehmanxana (otel) və mehmanxana tipli obyektlərdə işləyən işçilərin sayı 2024-cü ilin sonuna nəzərən 1 057 nəfər və ya 7% artaraq 16 min 259 nəfərə çatıb.
Azərbaycan otelləri pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il Azərbaycan otellərinin əməkhaqqı xərcləri 173 milyon 484,8 min manat olub.
Bu, o deməkdir ki, ötən il otellərdə çalışan işçilərin hər bir nəfəri orta hesabla illik 10 min 670 manat, aylıq 889 manat maaş alıb.
Qeyd edək ki, ötən il Azərbaycan otellərinin ümumi xərcləri 535 milyon 59,3 min manat olub. Əməkhaqqı xərcləri ümumi xərclərin 32,4%-ini təşkil edib.














