Azərbaycanda şəhər və rayonlarda otellərdə işləyənlərin sayı məlum olub.
Otellərdə işləyənlərin orta aylıq maaşı – 890 MANATDIR
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, açıqlanan məlumata görə, ötən ilin sonunda ölkənin əsas turistik zonalarından biri olan Oğuz rayonunda otellərdə işləyənlərin cəmi sayı 15 nəfər olub. Bu isə 2024-cü ildəki işçi sayından 9 nəfər daha azdır.
Rəsmi məlumatlara görə, ötən il Oğuz rayonunda otellərdə işləyənlər cəmi 56,6 min manat maaş alıb. Bu, o deməkdir ki, ötən il bu rayonda otellərdə işləyənlərin orta illik maaşı 3 773 manat, orta aylıq maaşı 314 manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, ötən ilin yanvar ayının birindən ölkədə minimum əməkhaqqı 400 manatdır.
Maraqlı məqam isə odur ki, Oğuz Azərbaycanın əsas turistik rayonlarından biridir. Bu rayonda bir neçə tanınmış otel fəaliyyət göstərir. Belə ki, Oğuzda “Panarama Resort Oghuz”, “Afra Hotel”, “XalXal Hotel and Restoran”, “Korifet Hotel” “Qaynama Ailəvi İstirahət Mərkəzi” kimi otellər fəaliyyət göstərir.














